Ucnoqta.az
www.ucnoqta.az

Tripolidən Romaya 10 ildə ilk təyyarə uçub

13:01 - 30 Sentyabr 2023 tarixində dərc olunub.

 Liviya aviaşirkətlərinin İtaliyaya uçuşlarına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 10 ildə ilk dəfə Tripoli-Roma reysi ilə uçan sərnişin təyyarəsi yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Liviyanın paytaxtında yerləşən Mitiqa hava limanının administrasiyası məlumat yayıb.

Məlumata görə, Tripoli-Roma marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Bundan əvvəl uzun fasilədən sonra əks istiqamətdə ilk uçuş iyulun 24-də həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası