Ucnoqta.az
www.ucnoqta.az

Qarabağı 65 mindən çox erməni tərk edib

09:26 - 28 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın Qarabağ bölgəsindən qanunsuz məskunlaşmış 65 mindən çox erməni Ermənistana gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Saat 08:00-a Qarabağdan Ermənistana 65 036 nəfər gəlib", - Bağdasaryan Facebook-da yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası