Ucnoqta.az
www.ucnoqta.az

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkında - FOTO

16:30 - 27 Sentyabr 2023 tarixində dərc olunub.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə Ucnoqta.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası