Ucnoqta.az
www.ucnoqta.az

Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub

15:30 - 27 Sentyabr 2023 tarixində dərc olunub.

Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluqdan bildirilib.

Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Müəllif: Ucnoqta.az redaksiyası