Ucnoqta.az
www.ucnoqta.az

Çin Qırğızıstanla sərhəddəki keçid məntəqəsini müvəqqəti bağlayacaq

14:52 - 27 Sentyabr 2023 tarixində dərc olunub.

Çin hakimiyyəti Qırğızıstanla sərhəddə yerləşən keçid məntəqələrini müvəqqəti bağlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Çin tərəfinin təşəbbüsü ilə ÇXR-də payızın ortası festivalının (29 sentyabr) və Çin Xalq Respublikasının yaranması gününün (1 oktyabr) qeyd olunması ilə əlaqədar olaraq, Toruqart-Avtodorojnı və İrkeştam-Avtodorojnı Dövlət sərhədinin Qırğızıstan-Çin hissəsində yerləşən keçid məntəqələri müvəqqəti olaraq bağlanacaq”, - məlumatda deyilir.

Sərhəd qurumundan verilən məlumata görə, bu keçid məntəqələri sentyabrın 29-da, eləcə də oktyabrın 1-dən 3-dək fəaliyyət göstərməyəcək.

Müəllif: Ucnoqta.az redaksiyası