Ucnoqta.az
www.ucnoqta.az

İndoneziya və Filippin sahillərində zəlzələ olub

06:52 - 26 Sentyabr 2023 tarixində dərc olunub.

İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən Mati şəhərindən 285 km cənub-şərqdə yerləşib. Mənbə 100 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası