Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil su kollektoruna düşüb, ölən var

11:03 - 22 Sentyabr 2023 tarixində dərc olunub.

Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb, bir nəfər ölüb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasedicilər “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Müəllif: Ucnoqta.az redaksiyası