Ucnoqta.az
www.ucnoqta.az

Xocavənddə baş verən partlayış yerindən görüntülər - FOTO

11:45 - 19 Sentyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, 19 senyabr 2023-cü il tarixində “Shacman Howo” markalı nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb.

Ucnoqta.az xəbər verir ki, təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub. Fotolardan görünür ki, erməni diversantlarının yerləşdirdiyi minanın partlaması o qədər güclü olub ki, yük maşını hissələr parçalanıb.

Hadisə yerindən fotoları təqdim edirik:

Müəllif: Ucnoqta.az redaksiyası