Ucnoqta.az
www.ucnoqta.az

Erməni silahlıları Kəlbəcər və Ağdamda səngər qazmağa cəhd göstəriblər

09:18 - 17 Sentyabr 2023 tarixində dərc olunub.

Bu gün saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliy məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası