Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya baş naziri Zelenski ilə Ukraynaya yardımı müzakirə edəcək

10:12 - 9 İyun 2023 tarixində dərc olunub.

Yaponiyanın baş naziri Kişida Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Yaponiyanın baş naziri Fumio Kişida iyunun 9-da Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

Ehtimal edilir ki, Kişida Zelenski ilə Kaxovka SES-in dağılması fonunda Yaponiyanın Ukraynaya humanitar yardım göstərməsi məsələsini müzakirə etməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası