Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ofisdə qadına təcavüz edildi

14:55 - 8 İyun 2023 tarixində dərc olunub.

İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edərək cinsi təcavüzlə üzləşdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, 1983-cü il təvəllüdlü qadın mayın 24-də saat 15 radələrində Bakıda yerləşən ofislərdən birində bir kişinin onu zorlamağa cəhd göstərdiyini bildirib.

İlkin araşdırmalarla qadının şikayətçi olduğu şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü C.H. olması müəyyən edilib.

Müraciətlə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası