Ucnoqta.az
www.ucnoqta.az

Şahbuz sakini özünü yandırdı

09:56 - 8 İyun 2023 tarixində dərc olunub.

Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında Şahbuz yolunda qeydə alınıb. Belə ki, Şahbuz rayon Sahbuzkənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası