Ucnoqta.az
www.ucnoqta.az

Bakıda binada yanğın söndürülüb

22:51 - 7 İyun 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Sabunçu rayonunda on doqquz mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən bildirilib ki, yanğın nəticəsində mənzilin mətbəxində 6 m² sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası