Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda istehsal edilən avtomobillər ƏDV-dən azad olunacaq

13:14 - 30 May 2023 tarixində dərc olunub.

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Müəllif: Ucnoqta.az redaksiyası