Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada qatar relsdən çıxıb

10:49 - 30 May 2023 tarixində dərc olunub.

Mayın 30-da səhər saat 4 radələrində Ulyanovsk vilayətində qaz kondensatı olan iki qatar relsdən çıxıb, biri aşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, insident “Ulyanovsk-2” stansiyalarında manevr işləri zamanı baş verib. Bir vaqon-çən aşıb, lakin kondensat dağılmadı. Xəsarət alan olmayıb. 

Digər qatarlarda da gecikmə olmayıb. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. 

Müəllif: Ucnoqta.az redaksiyası