Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 9 mərtəbəli binanın damında qısqanclıq zəminində bıçaqlanma olub

09:48 - 30 May 2023 tarixində dərc olunub.

Bakıda bıçaqlanma olub.

Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Cavadov Elvin Səxavət oğlu qısqanclıq zəminində aralarında yaranmış mübahisə nəticəsində 9 mərtəbəli binanın damında tanışı Rəfail Əhmədovu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Elvin Cavadov saxlanılıb.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası