Ucnoqta.az
www.ucnoqta.az

Mourinyo "PSJ"-nin baş məşqçisi ola bilər

13:46 - 25 May 2023 tarixində dərc olunub.

"Roma" klubunun baş məşqçisi Joze Mourinyo Parisdə "PSJ"ni idarə etmək istəyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "L'Equipe"nin məlumat yayıb. Bildirilir ki, 60 yaşlı portuqaliyalı mütəxəssis bu yay PSJ-dən rəsmi təklif alacağı təqdirdə klubunu dəyişməyə hazırdır.

Mourinyo 2021-ci ilin iyulundan "Roma"ya rəhbərlik edir. Ötən mövsüm "Roma" klubu Konfrans Liqasının qalibi olub. Bu mövsüm "Roma" İspaniyanın "Sevilya"sı ilə oynayacağı Avropa Liqasının finalına yüksəlib.

Mourinyonun "Roma" ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Müəllif: Ucnoqta.az redaksiyası