Ucnoqta.az
www.ucnoqta.az

İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək

13:58 - 24 May 2023 tarixində dərc olunub.

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, - qurumdan bildiirlib.

Müəllif: Ucnoqta.az redaksiyası