Ucnoqta.az
www.ucnoqta.az

Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanılıb? - VİDEO (YENİLƏNİB)

15:48 - 20 Aprel 2023 tarixində dərc olunub.

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər “Biz burdayıq” sözləri ilə yayılmışdı.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Həmin şəxsin erməni olmadığı bildirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevlə əlaqə saxladıq. Şöbə rəisi DİN-də həmin şəxsin saxlanılması barədə məlumatın olmadığını bildirdi.

Müəllif: Ucnoqta.az redaksiyası