Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil iki piyadanı vurub

21:10 - 1 Aprel 2023 tarixində dərc olunub.

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki kişini vurub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Ucnoqta.az redaksiyası