Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda evdə oynayarkən yıxılan azyaşlı öldü

16:59 - 31 Mart 2023 tarixində dərc olunub.

Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Liman qəsəbə sakini olan 6 yaşlı İ.Fərəcli martın 26-da evdə oynayarkən yıxılaraq xəsarət alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilsə də, martın 30-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası