Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ev yanıb

18:33 - 24 Mart 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası