Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu - FOTO

13:18 - 24 Mart 2023 tarixində dərc olunub.

Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zığ-Hövsan yolunda "Mercedes" markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması hələlik dəqiqləşməyib.

Müəllif: Ucnoqta.az redaksiyası