Ucnoqta.az
www.ucnoqta.az

Ramazan bayramı ilə bağlı 4 gün qeyri-iş günü olacaq -  TƏQVİM

11:10 - 22 Mart 2023 tarixində dərc olunub.

Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq.

Belə ki, aprel ayının 21, 22-i Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür. Beləliklə də, aprel ayında 12 gün qeyri-iş günü olacaq.

Qeyd edək ki, hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində yerləşdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası