Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada yük qatarı relsdən çıxıb

21:50 - 21 Mart 2023 tarixində dərc olunub.

Rusiyanın Yekaterinbur şəhərində əhəng daşı daşıyan yük qatarının 13 vaqonu relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə martın 21-də axşam saatlarında "VİZ" və Yekaterinburq-Sərnişin stansiyaları arasında baş verib. 

Məlumata görə, vaqonlar aşmayıb, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Müəllif: Ucnoqta.az redaksiyası