Ucnoqta.az
www.ucnoqta.az

Fiziyev ABŞ təmsilçisinə məğlub oldu - VİDEO

10:40 - 19 Mart 2023 tarixində dərc olunub.

İngiltərənin paytaxtı Londonda "UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və ABŞ təmsilçisi Castin Geyci arasında gözlənilən döyüş baş tutub.

Döyüş hakimlərin 3 raundun yekunundan sonra verdiyi qərara əsasən Castin Geycinin qələbəsi ilə başa çatıb.

ABŞ təmsilçisi bununla çempionluq uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib.

Müəllif: Ucnoqta.az redaksiyası