Ucnoqta.az
www.ucnoqta.az

"Enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq" - <font color=red><b>Prezident</b></font>

11:02 - 3 Fevral 2023 tarixində dərc olunub.

"Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq."

Ucnoqta.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müəllif: