Ucnoqta.az
www.ucnoqta.az

Bu hadisəyə görə İran dövləti məsuliyyət daşıyır - <font color=red><b>Hacı Şahin Həsənli</b></font>

14:39 - 30 Yanvar 2023 tarixində dərc olunub.

Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu şərh edərkən deyib:

"Xalqımızın hiddətinə səbəb olan bu hadisəyə görə İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq konvensiyalarla, həm də dini vəzifəsidir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir.

Müsəlman dövlətlərindən gözləntimiz bu olub ki, Azərbaycanın haqq işinə dəstək olsunlar. İranı İrəvan-Tehran qardaşlığının əksinə, Azərbaycanla bağlı görməliyik. Çünki bu, bizim dinimizin, İslamın tələbidir."

Müəllif: