Ucnoqta.az
www.ucnoqta.az

Erməni hərbiçini döyüş yoldaşı güllələyibmiş - <font color=red><b>vəziyyəti ağırdır (YENİLƏNİB)</b></font>

12:01 - 30 Yanvar 2023 tarixində dərc olunub.

Ermənistanda döyüş postunda ağır yaralanan əsgərin təfərrüatları məlum olub

Ucnoqta.az xəbər verir ki, Respublika İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, N saylı hərbi hissənin müdafiə hissəsinin döyüş postunda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, həmin postda xidmət edən digər çağırışçı əsgər A.A.-ya həvalə edilmiş AK-74 avtomatını boşaldarkən 1 atəş açıb. Nəticədə sonuncu başından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. 


00:23

Yanvarın 29-da erməni hərbiçi güllə yarası alıb

Ucnoqta.az xəbər verir ki, bu barədə  Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. ilkin məlumatlara görə, silahdan istifadə qaydalarının pozulması nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu A.A güllə yarası alıb. Hərbi qulluqçunun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Müəllif: