Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda yeniyetmə qazdan zəhərləndi

18:12 - 26 Yanvar 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kərimbəyli kəndində dəm qazından zəhərlənmə olub.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, kənd sakini, 14 yaşlı Şahnaz Vəliyeva yaşadığın evin hamamında dəm qazının sızması nəticəsində zəhərlənib.

Yeniyetmə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

 

Müəllif: