Ucnoqta.az
www.ucnoqta.az

XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pislədi

18:44 - 22 Yanvar 2023 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin "Tvitter" səhifəsində paylaşım edilib.

"Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, - paylaşımda deyilir.

Müəllif: