Ucnoqta.az
www.ucnoqta.az

Yol polisi maşını “Mercedes”lə toqquşdu, <font color=red><b>xəsarət alanlar var - FOTO</b></font>

14:50 - 26 Dekabr 2022 tarixində dərc olunub.

Dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Xəbərə görə, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: