Ucnoqta.az
www.ucnoqta.az

Laçın yolunda etiraz aksiyası davam edir - <font color=red><b>FOTO</b></font>

23:58 - 13 Dekabr 2022 tarixində dərc olunub.
QHT təmsilçiləri və ekofəalların Laçın yolunda aksiyanı davam edir. Ucnoqta.az-ın əməkdaşı Şuşadan xəbər verir ki, aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilir. İştirakçılar artıq 2 gündür ki, aksiyanı davam etdirir. Hazırda aksiya davam edir. Onlar ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Müəllif: