Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda baş həkimi hədələyib<font color=red><b> PUL İSTƏDİLƏR</b></font>

14:06 - 9 Dekabr 2022 tarixində dərc olunub.

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Lent.az-ın məlumatına görə, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: