Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə təmir işləri niyə yubanır? - <font color=red><b>İcra hakimiyyətindən açıqlama</b></font>

17:31 - 30 Noyabr 2022 tarixində dərc olunub.

Ötən gün Milli Məclisin iclasında deputat Vüqar İsgəndərov Şəkidə 12 ildir davam edən təmir işlərindən danışıb. Deputat bildirib ki, şəhər ərazisində ümumi uzunluğu 40 km, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin təcili surətdə əsaslı təmirinə ehtiyac yaranıb.

Şəki Şəhər İcra Hakimiyyətindən Ucnoqta.az-a bildirilib ki, bu problem Şəki şəhər sakinlərini də narahat edir. Lakin bu yerli büdcənin imkanı xaricindədir:

"Əsas məsələ şəhərdaxili yolların bərbad vəziyyətdə olmasıdır. Ümumi uzunluğu 258,2 kilometr olan şəhərdaxili yolların bütövlükdə təmiri yerli büdcənin imkanları xaricindədir".

Emin

Müəllif: