Ucnoqta.az
www.ucnoqta.az

Mövqelərimiz üzərində kəşfiyyat aparan kvadrokopter ələ keçirildi - <font color=red><b>MN</b></font>

12:52 - 26 Noyabr 2022 tarixində dərc olunub.

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrakopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Müəllif: