Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada koronaya yoluxanların sayı<font color=red><b> açıqlandı - FOTO</b></font>

16:40 - 1 Oktyabr 2022 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, hazırda 883 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 656, bu günə qədər isə ümumilikdə 7 252 623 test icra olunub.

 

Müəllif: