Ucnoqta.az
www.ucnoqta.az

Qazi İcra Hakimiyyətinin qarşısında özünü <font color=red><b>YANDIRDI</b></font>

12:38 - 18 Avqust 2022 tarixində dərc olunub.

Samuxda qazi intihara cəhd edib.

"Unikal"ın məlumatına görə, hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Təbriz Abdullayev icranın qarşısında benzin törkərək özünü yandırıb.

Yanıq xəsarətləri alan T.Abdulayev Gəncə şəhərində yerləşən  xəstəxanaların birinə  yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, T.Abdullayevin 44 günlük vətən müharibəsinin qazisi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: