Ucnoqta.az
www.ucnoqta.az

Sabah Bakıda <font color=red><b>39°</b></font>, rayonlarda <font color=red><b>41°</b></font> isti olacaq

11:50 - 14 Avqust 2022 tarixində dərc olunub.

Avqustun 14-də gözlənilən hava məlumatı açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Müəllif: