Ucnoqta.az
www.ucnoqta.az

Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar - <font color=red><b>FOTO</b></font>

17:06 - 13 Avqust 2022 tarixində dərc olunub.

Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

Müəllif: