Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ” Budapeştdə layiqli qələbə qazandı" - <font color=red><b> Çerçesov</b></font>

13:47 - 11 Avqust 2022 tarixində dərc olunub.

"Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim".

Bunu Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

58 yaşlı osetin məşqçi "Qarabağ"la oyundan düzgün dərs almalı olduqlarını bildirib: "Təəssüf ki, biz tapşırığın öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Təslim olmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq".///report

Müəllif: