Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış diplomat çıxışı zamanı öldü - <font color=red><b>VİDEO</b></font>

10:14 - 10 Avqust 2022 tarixində dərc olunub.

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” Tahiamasr.com-a istinadən xəbər verir.
Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Müəllif: