Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu” - <font color=red><b>İbrahim Kalın</b></font>

00:18 - 27 İyun 2022 tarixində dərc olunub.
Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub. Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib. Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”. İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb. “Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən”, - Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb. İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə əlaanqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.
Müəllif: