Ucnoqta.az
www.ucnoqta.az

Bu avtomobildən cəmi 9 ədəd hazırlanacaq - <font color=red><b>800 min avrodur ...</b></font>

15:50 - 19 İyun 2022 tarixində dərc olunub.

Norveçin "Zyrus Engineering" emalatxanası "Strada LP1200" superkarını təqdim edib.

Ucnoqta.az oxu.az-a istinadən bildirir ki, qeyri-adi modeldən cəmi doqquz nüsxə hazırlanacaq.

Avtomobil "Lamborghini Huracan" əsasında yığılsa da, burada 600-dən çox hissə dəyişdirilib və gücləndirilib. Superkar iyulun əvvəlində müştəriyə təhvil veriləcək.

1287 kiloqram kütləsi olan və 1200 at gücünə malik kupenin hər nüsxəsi 799 min avroya başa gələcək.

Müəllif: