Türkiyədə tələbələrin olduğu avtobus aşıb, <font color=red><b>ölənlər və yaralananlar var - FOTO</b></font>
09:08 - 22 May 2022 tarixində dərc olunub.
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, Konyanın Güney kəndi yaxınlığında avtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.
Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
İHA-nın xəbərinə görə, yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb.