Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 6 nəfər toya buraxılmayıb, <font color=red><b>3 nəfər cərimələnib</b></font>

09:37 - 27 Yanvar 2022 tarixində dərc olunub.

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 6 nəfər şənliyə buraxılmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 26-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib, 6 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: