Ucnoqta.az
www.ucnoqta.az

"Pandemiya bu il bitəcək, əgər ..." - <font color=red><b>ÜST rəhbəri</b></font>

14:18 - 24 Yanvar 2022 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus COVID-19 pandemiyasının 2022-ci ildə başa çata biləcəyini deyib.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, ÜST rəhbəri pandemiyanı sona çatdırmaq üçün bütün imkanların olduğunu deyib.

“Pandemiyanın kəskin fazasını sona çatdırmaq üçün bütün imkanlarımiz var. Əgər kompleks addımlar atılarsa, pandemiya bu il bitəcək”, - o, əlavə edib.

Müəllif: