Ucnoqta.az
www.ucnoqta.az

Qadın sürücünün idarə etdiyi "Porsche" metal arakəsmələrə çırpıldı - <font color=red><b>yaralılar var</b></font>

17:10 - 23 Yanvar 2022 tarixində dərc olunub.

Yevlaxda maşın metal arakəsmələrə çırpılıb, yaralanananlar var.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlağın Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Qadın sürücünün idarə etdiyi “Porsche” markalı maşın idarəetmədən çıxaraq metal arakəsmələrə çırpılıb.

Qəza nəticəsində Bakı sakini olan sürücü, 1995-ci il təvəllüdlü sərnişin Ələsgərli Aynur Polad qızı və 1997-ci il təvəllüdlü sərnişin Hüseynzadə Sevinc müxtəlif bədən xəsarətləri alaraq xəstəzanaya götürülüb.///bizim.media

Müəllif: