Ucnoqta.az
www.ucnoqta.az

Lotereyada 24 milyon avro uduldu - <font color=red><b>REKORD</b></font>

19:01 - 22 Yanvar 2022 tarixində dərc olunub.

Litva sakini “Eurojackpot” lotereyasında 24 milyon avro udub.

Məlumatı lotereya şirkətinin baş direktorunun müavini Donatas Kazlauskas təsdiqləyib. 

“Əsas mükafat 48 milyon avrodan çox olub. Mükafat Almaniya və Litvadan olan qaliblər arasında yarıya bölünüb. Litva vətəndaşının udduğu dəqiq məbləğ 24 000 400,10 avrodur”, deyə Kazlauskas vurğulayıb. 

O əlavə edib ki, bu uduş, təkcə Litvada deyil, bütün Baltikyanı ölkələrdə rekordu yeniləyib.///lent.az

Müəllif: