Ucnoqta.az
www.ucnoqta.az

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - <font color=red><b>FOTO</b></font>

15:30 - 22 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda yaşayış binasında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Müəllif: